İngiltərə klubları VAR-a qarşı çıxdı


İdman 13 Apr 2018 18:45:00 322 0

İngiltərə klubları VAR-a qarşı çıxdı

İngiltərə Premyer Liqası klubları növbəti mövsüm çempionatda videotəkrar sisteminin (VAR) tətbiqinə qarşı çıxıb. Goal.az xəbər verir ki, sistem 2018/19 mövsümündə İngiltərə kuboku, Liqa kuboku oyunlarında sınaqdan keçiriləcək. Premyer liqa klubları hesab edir ki, hazırda sistemin işində çatışmazlıqlar mövcuddur. VAR qarşıdakı dünya çempionatında tətbiq olunacaq. Bu sistemdən Çempionlar Liqası və Avroliqa matçlarında da istifadə edilməsi planlaşdırılır.