Çempionlar Liqasında yarımfinalın püşkü atılıb


İdman 13 Apr 2018 15:17:00 262 0

Çempionlar Liqasında yarımfinalın püşkü atılıb

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanıb. Goal.az xəbər verir ki, püşk turnirin son qalibi "Real"ı növbəti dəfə "Bayern Munchen"ə rəqib edib. "Liverpool" isə "Roma" ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası, yarımfinal cütləri

Bayern Munchen - Real Madrid

Liverpool - Roma

Final

Bayern Munchen/ Real Madrid - Liverpool/ Roma

İlk oyunlar 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək. Final qarşılaşması mayın 26-da Kiyevdəki "Olimpiyski" stadionunda baş tutacaq.