Avropa Liqasında yarımfinal cütləri müəyyənləşib


İdman 13 Apr 2018 14:12:00 377 0

Avropa Liqasında yarımfinal cütləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi baş tutub. UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanıb.

Goal.az xəbər verir ki, turnirin iki favoriti "Arsenal" və "Atletico" finala vəsiqə uğrunda bir-biri ilə oynamalı olacaq. "Marseille" isə "Salzburg"la münasibətlərini aydınlaşdıracaq. 

UEFA Avropa Liqası, yarımfinal cütləri

Marseille (Fransa) - Salzburg (Avstriya)

Arsenal (İngiltərə) - Atletico (İspaniya)

Qeyd edək ki, bu, Avropa Liqasında 2017-2018 mövsümünün son püşkatma mərasimi olub. Yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək. Final oyunu mayın 16-sı Lyonda keçiriləcək.