Premyer Liqanın ən səs-küylü azarkeşləri və ən məşhur mahnısı müəyyənləşib


İdman 13 Apr 2018 13:53:00 318 0

Premyer Liqanın ən səs-küylü azarkeşləri və ən məşhur mahnısı müəyyənləşib

Liverpool azarkeşləri Premyer Liqanın ən çılğın tərəfdarları seçilib. Goal.az xəbər verir ki, bu, "Barclays" və "YouGov" tərəfindən 4 min futbol fanatı, oyunçu və məşqçi arasında aparılan sorğu nəticəsində müəyyənləşib. Respondentlər "mersesaydlılar"ın azarkeşlərini daha səs-küylü, həm səfər, həm də ev oyunlarında susmayan fan qrup kimi dəyərləndirib. Sonrakı yerləri Newcastle United, Stoke City və Manchester United fanatları tutub. İlk "beşliy"i West Ham United azarkeşləri qapayır.

Premyer Liqada ən populyar dəstək mahnısı Liverpool-a həsr olunmuş "You’ll Never Walk Alone" seçilib. İkinci yerdə "I’m Forever blowing Bubbles" (West Ham United), üçüncü pillədə isə "Delilah" (Stoke City) qərarlaşıb.