"Prosineçkini "Beşiktaş"a buraxmadığım üçün mənə minnətdar olmalıdırlar"


İdman 12 Apr 2018 17:07:00 324 0

"Prosineçkini "Beşiktaş"a buraxmadığım üçün mənə minnətdar olmalıdırlar"

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki "Kayserispor"da işlədiyi vaxt "Beşiktaş"la anlaşmağa yaxın olub. Goal.az xəbər verir ki, bu barədə "beİN Sport"a açıqlamasında Kayseri klubunun sabiq idman direktoru Süleyman Huram danışıb.

"Beşiktaş" onu niyə istəyirdi, anlaya bilmədim. Önder Özen ("Beşiktaş"ın sabiq idman direktoru) mənə zəng vurdu və Prosineçki ilə danışıqlar aparmağa icazə istədi. Mən mənfi cavab verdim. "Bir dəfə danışsaq, nə olacaq?" - cavab verdi. İcazə vermək Prosineçkini İstanbul klubuna göndərmək demək idi. "Siz onu almaq üçün çalışa bilərsiniz, amma mən də saxlamaq üçün əlimdən gələni edəcəm" - dedim.

Onsuz da, Prosineçki ilə danışıqlar apardıqlarını bilirdim. xorvat mütəxəsislə heyətin planlaşdırılması, transferlər məsələsində müzakirələr aparmışdılar. Mənə son mərhələdə etika xətrinə zəng etmişdilər. Sonra Prosineçkini İstanbula çağırdım. "Səninlə nə danışmışıq, onları xatırla. "Kayserispor"a gəlişini yada sal və üzümə baxıb getmək istədiyini söylə" - dedim. Təbii ki, deyə bilmədi. Sonra "Beşiktaş"la əlaqə saxlayıb gəlməyəcəyini bildirdi. Bu arada Türkiyə Futbol Federasiyasının Ankaradakı tədbirində "Beşiktaş" prezidenti Fikret Ormanla görüşdüm. "Siz Prosineçkini alsanız, and içirəm ki, 3-cü divizionda futbol karyerasını başa vuran ilk adamı "Kayserispor"un baş məşqçisi edəcəm" - dedim. Başa düşə bilmirdim ki, "Beşiktaş" hansı nəticəsinə görə Prosineçkini baş məşqçisi olmağa layiq görürdü? O, 1 dövrə "Kayserispor"da işlədi və 34 xal topladıq. "Beşiktaş"ın məşqçisi olmaq istəyən Avrokubok təcrübəsi qazanar, oyunçu yetişdirər, ən azı 3-5 il çalışar. Güman edirəm ki, onlara yaxşılıq etdim və mənə minnətdar olmalıdırlar".

Qeyd edək ki, xorvatiyalı mütəxəsis "Kayserispor"un qeyri-qənaətbəxş nəticələrinə görə 2013-cü ildə işsiz qalmışdı. O, 2014-cü il dekabrın 1-də millimizin sükanı arxasına keçmişdi. 49 yaşlı mütəxəsis hazırda Bosniya və Herseqovina millisini çalışdırır.