Robben: "Çempionlar Liqasında hər şey ideal olmalıdır"


İdman 12 Apr 2018 13:11:00 277 0

Robben: "Çempionlar Liqasında hər şey ideal olmalıdır"

"Bayern Munchen"in yarımmüdafiəçisi Aryen Robben Çempionlar Liqasının 1/4 finalında "Sevilla" ilə qarşılaşma (0:0) barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, hollandiyalı futbolçu bunları deyib:

"Gözlədiyimiz kimi, rəqib bizə təhlükə yaratdı. "Sevilla" çox yaxşı komandadır. Baneqanı xüsusi qeyd etmək lazımdır. Birinci hissədə oyuna lazımi qədər nəzarət edə bilmədik. Amma qol vurmaq üçün çox imkanlar əldə etdik. İkinci hissədə daha yaxşı oynadıq. Çempionlar Liqasında hər şey ideal olmalıdır. Qapımızı toxunulmaz saxlamalı idik. Bu turnirdə həmişə yüksək səviyyəli oyun göstərmək lazımdır".