Real və Ronaldodan növbəti ÇL rekordu


İdman 12 Apr 2018 09:43:00 259 0

Real və Ronaldodan növbəti ÇL rekordu

İspaniya Real-ı futbol üzrə Çempionlar Liqasında şəxsi rekordunu yeniləyib.

Goal.az xəbər verir ki, "kral klubu" ardıcıl 8-ci dəfə Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına yüksəlib. Madridlilər buna İtaliya Juventus-u 1/4 final mərhələsində iki oyununu cəmində (3:0, 1:3) üstələyərək, nail olublar.

Həlledici qolu komandanın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo vurub. Bu, Ronaldonun Juventus-la görüşlərdə 10-cu qolu olub. 33 yaşlı forvard bir komandaya 10 qol vuran ilk futbolçuya çevrilib.