İŞİD-dən Rusiya mundialına görə təhdid


İdman 11 Apr 2018 17:22:00 249 0

İŞİD-dən Rusiya mundialına görə təhdid

İŞİD 2018-ci il dünya çempionatı zamanı Rusiyanı terror aktları ilə hədələyib. Goal.az xəbər verir ki, təhdidin yer aldığı fotoları terror qruplaşmasına yaxınlığı ilə seçilən "Wafa Media Foundation" Telegram sosial şəbəkəsində yayaımlayıb. Burda RF prezidenti Vladimir Putinin Suriyada Bəşər Əsədə dəstək verməsi pislənir.

"Putin, sən kafirsən. Müsəlmanların qətlinə görə cavab verəcəksən" - plakatların birində yazılıb. Bir neçə ay öncə İŞİD tərəfdarları Ronlado və Messinin şəkli olan təhdid fotolarını yayımlamışdı. Qruplaşma 2016-cı il Avropa çempionatı zamanı da analoji hücumlar planlaşdırsa da, yüksək təhlükəsizlik tədbirləri ilə buna imkan verilməmişdi.