Tottenham apellyasiyaya müraciət edib


İdman 10 Apr 2018 14:11:00 259 0

Tottenham apellyasiyaya müraciət edib

Tottenham İngiltərə Premyer Liqasının 32-ci turunda Stoke City-yə qarşı oyunla bağlı apellyasiya müraciəti edəcək.

Goal.az xəbər verir ki, London klubu 63-cü dəqiqədə vurulan qələbə qolunun Harri Keynin adına yazılmasını istəyir. Həmin epizodda Kristian Eriksen topu cərimə meydançasına ötürmüş, Keyn isə ona başla toxunmağa çalışmışdı. Təkrarda 24 yaşlı forvardın topa toxunması dəqiq görünmədiyindən qol Eriksenin adına yazılmışdı. "Mahmızlar" Keynin aktivindəki qolların sayını artırmaqla ona bombardirlər yarışında yardımçı olmaq fikrindədir. Klubun istəyi yerinə yetirilsə, ingilis hücumçunun qolları 25-ə yüksələcək.