"Roma"nı buna görə seçmişəm"


İdman 09 Apr 2018 16:34:00 229 0

"Roma"nı buna görə seçmişəm"

"Roma"nın yarımmüdafiəçisi Raca Naynqqolan klubunu dəyişməməsinin səbəbini açıqlayıb. Goal.az xəbər verir ki, belçikalı havbek bunları deyib:

"Hələ heç bir titul qazanmamışam. Amma hər kəs bilir ki, yalnız qələbə üçün meydana çıxıram. Bəzən ən çətin yolla gedirəm. Böyük kluba gedib orda titul qazanmaq asan bir işdir. Mənə görə, səviyyəcə biraz aşağı olan klubun lideri olmaq daha yaxşıdır. "Roma" uğur qazanmağı haqq edən sanballı bir klubdur. Ona görə bu klubu seçmişəm".

Naynqqolana ötən yay Çinin "Tianjin Quanjan" klubu maraq göstərirdi.