Kapello: "İtaliya millisində istedadlı simalar çatışmır"


İdman 09 Apr 2018 14:10:00 242 0

Kapello: "İtaliya millisində istedadlı simalar çatışmır"

Fabio Kapello baş məşqçi kimi İtaliya millisinə qayıtmaq ehtimalına münasibət bildirib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis namizədlər sırasında göstərilən Roberto Mançini barədə danışıb.

"Avstriya və Rusiya millisində iş təcrübəm olub. "Mavi eskadra"nı çalışdırmayacam. İndi ekspert fəaliyyəti ilə məşğulam. Mançini? hazırda İtaliyanın liderlərə və keyfiyyətli futbolçulara ehtiyacı var. Roberto təcrübəli mütəxəsisdir, amma millidə istedadlı simalar çatışmır. A Seriyasında özünü göstərən, amma yığmada pis çıxış edən futbolçular var. Eksperimentlər zəruridir" - Kapello qeyd edib.