Ukrayna millisinin sabiq qapıçısına keçmiş qaynanası hücum edib


İdman 09 Apr 2018 13:53:00 263 0

Ukrayna millisinin sabiq qapıçısına keçmiş qaynanası hücum edib

Kiyev "Dinamo"su və Ukrayna millisinin sabiq qaıçısı Aleksandr Şovkovski silahlı hücuma məruz qalıb. Goal.az xəbər verir ki, veteran qolkiper qızını Pasxa bayramına aparmaq istərkən keçmiş qaynanası ona hücum edib.

"Qızım və onun anası evdə deyildi. Orda alkoqol aludəçiliyi olan keçmiş yoldaşımın anası idi. O, eyvandan mənim başıma daş atmağa başladı. Daha sonra tapancadan mənə atəş açmağa başladı. O, 3 dəfə atəş açdı. Səsə qonşular çıxdı və mənə təklif etdi".

Şovkovski karyerasını 2016-cı ilin sonunda başa vurmuşdu.