Beynəlxalq Çempionlar Kubokunda iştirak edəcək klubların bir neçəsi bəllidir


İdman 07 Apr 2018 15:50:00 310 0

Beynəlxalq Çempionlar Kubokunda iştirak edəcək klubların bir neçəsi bəllidir

ABŞ-da keçiriləcək futbol üzrə ənənəvi Beynəlxalq Çempionlar Kubokunda iştirak edəcək klubların bir neçəsi məlum olub.

Goal.az “Football Italia”ya istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid”, İtaliyanın “Roma”, İngiltərənin “Chelsea” və “Tottenham” komandalarının turnirə qatılacağı dəqiqləşib.

Qeyd edək ki, 8 komandanın iştirak edəcəyi turnirin bu il iyulun sonunda San Dieqo, Dallas və ya Nyu-Cersidə keçirilməsi planlaşdırılır. Yarışın ötənilki qalibi İspaniya təmsilçisi “Barcelona” olub.