Kanadada hokkeyçiləri qəzaya düşdü - 14 ölü


İdman 07 Apr 2018 15:31:00 248 0

Kanadada hokkeyçiləri qəzaya düşdü - 14 ölü

Kanadanın “Humboldt Bronkos” hokkey klubunun gənclərdən ibarət komandasını aparan avtobus qəzaya uğrayıb.

Hadisə Saskaçevan əyalətində baş verib. “Nipavin Hauks”la pley-off matçı üçün səfərə çıxan hokkeyçiləri aparan avobus qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan 28 nəfərdən 14-ü ölüb.

Avtobusdakı hokkeyçilərin 16-21 yaşları olub.

Kanadanın Baş naziri Castin Tryudo “Twitter” vasitəsilə həlak olanların yaxınlarına başsağlığı verib.