İbrahimoviç: "FİFA dünya çempionatında iştirakıma mane ola bilməz"


İdman 07 Apr 2018 11:29:00 276 0

İbrahimoviç: "FİFA dünya çempionatında iştirakıma mane ola bilməz"

ABŞ-ın LOS-ANGELES GALAXY klubunun futbolçusu Zlatan İbrahimoviç dünya çempionatına FİFA tərəfindən buraxılmayacağına dair xəbərlərə sərt reaksiya verib.

Goal.az xəbər verir ki, isveçli hücumçu ali futbol qurumunun ona maneçilik törətməyə qadir olmadığını açıqlayıb:

"Harada olmaq istəsəm, orada olacağam. Bu, yığmaya da aiddir. Oynamaq istəsəm, belə də olacaq. Bunun FİFA-ya dəxli yoxdur. Bu, mənim işimdir".

Daha əvvəl İbrahimoviçin bukmeyker şirkətinin reklam çəkilişlərində iştirak etdiyinə dair məlumat yayılıb. Üstəlik, 37 yaşlı forvard firmanın sahiblərindən birinə çevrilib. Beləliklə, oyunçu FİFA-nın etika qaydalarının müvafiq bəndini poza bilər. Həmin bəndə əsasən, futbolçuların pul qoyuluşlarına hansısa formada bağlılığı ola bilməz.

İbrahimoviç İsveç yığmasındakı karyerasını 2016-cı il Avropa çempionatından sonra başa vursa da, DÇ-2018-də iştirak üçün milliyə qayıda biləcəyini istisna etməyib.