Super Liqa klubu Emre Moru heyətinə qatmaq istəyir


İdman 05 Apr 2018 16:12:00 341 0

Super Liqa klubu Emre Moru heyətinə qatmaq istəyir

Türkiyənin “Galatasaray” klubu İspaniya “Celta”sının futbolçusu Emre Moru transfer etmək istəyir.

Goal.az xəbər verir ki, “Fanatik” nəşri “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terimin psixoloji problemləri üzündən heyətdən kənarlaşdırılan və hazırda müalicə alan 20 yaşlı cinah yarımmüdafiəçisinin xidmətində maraqlı olduğunu yazıb.

İstanbul klubu Türkiyə yığmasının da formasını geyinən Moru gələcəkdə transfer etmək hüququna sahib olmaq şərti ilə cari mövsüm başa çatdıqdan sonra icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Emre Mor ötən yay 13,5 milyon avro qarşılığında Almaniyanın “Borussia” (Dortmund) klubundan “Celta”ya keçib. O, Viqo təmsilçisinin heyətində 19 oyunda iştirak edib və 1 qol vurub.