Çempionlar Liqasında 1/4 finalın növbəti oyunları keçirilir


İdman 04 Apr 2018 10:04:00 319 0

Çempionlar Liqasında 1/4 finalın növbəti oyunları keçirilir

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Goal.az-ın məlumatına görə, İspaniyada "Barcelona" doğma azarkeşlər önündə İtaliyanın "Roma" klubunu sınağa çəkəcək. "Barcelona"nın heyətində Luka Din zədə səbəbindən matçda iştirak etməyəcək. Serxio Buskestin isə bu oyunda iştirakı sual altındadır. "Roma”nın heyətində türkiyəli futbolçu Cengiz Ünder zədə səbəbindən oyunu buraxacaq. Raca Naynqolan və Lorenzo Pelleqrinin qarşılaşmada iştirakı bəlli deyil.

Günün digər görüşü İngiltərədə baş tutacaq. "Liverpool” evdə "Manchester City” ilə üz-üzə gələcək. Meydan sahiblərinin heyətində Co Qomes, Raqnar Klavan, Joel Matip və Adam Lallana bu matçda komandalarına kömək edə bilməyəcək. Emre Canın isə görüşdə iştirakı sual altındadır. "Manchester City”nin aparıcı futbolçusu Serxio Aquero və Benjamin Mendi zədə səbəbindən oyunu buraxacaq. Con Stonsun isə matçda iştirakı oyun vaxtı müəyyənləşəcək.

Qeyd edək ki, Çempionlar Liqasının cavab matçları 10-11 aprel tarixlərində keçiriləcək.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

4 aprel

22:45. "Barcelona” (İspaniya) – "Roma” (İtaliya)

Baş hakim: Danni Makkelie

22:45. "Liverpool” (İngiltərə) - "Manchester City” (İngiltərə)