Nigeriyalı futbolçu "Arsenal" və "Liverpool"un radarında


İdman 03 Apr 2018 18:30:00 272 0

Nigeriyalı futbolçu "Arsenal" və "Liverpool"un radarında

"Leicester City"nin müdafiəçisi Oninye Ndidiklubunu dəyişə bilər. Goal.az xəbər verir ki, 21yaşlı futbolçunun xidmətlərində "Liverpool" və "Arsenal" maraqlıdır. Ndidi hələlik İngiltərə nəhənglərinin marağına ciddi diqqət yetimir. Nigeriyalı oyunçu 2017-ci ilin yanvarında "Leicester"in şərəfini qoruyur.

"Bu barədə heç düşünmürəm. "Leicester"lə yenidən Çempionlar Liqasına düşmək və hətta Premyer Liqada çempionluq yaşamaq mümkündür. Klod Pyuel işini bilir. Hər oyundan sonra bizə səhvlərimizi detalları ilə izah edir. Yüksək səviyyədə stabil oynamasam, böyük klublardan birinə həmişə getmək imkanım olacaq".