Bilardo: "Messiyə meydanda tam sərbəstlik vermək lazımdır"


İdman 02 Apr 2018 18:30:00 276 0

Bilardo: "Messiyə meydanda tam sərbəstlik vermək lazımdır"

Argentina millisinin sabiq baş məşqçisi Karlos Bilardo Messi və Maradona müqayisəsi ilə bağlı fikrini bildirib. Goal.az xəbər verir ki, 1986-cı ildə "albiceleste"ni çempionluğa aparan veteran mütəxəsis bunları deyib:

"Messini həmişə Maradona ilə müqayisə edirlər. Maradona ilə eyni səviyyədə olmaq üçün o, dünya kubokunu Argentinaya gətirməlidir. Bunun üçün yaxşı şansı var. Messiyə meydanda tam sərbəstlik vermək lazımdır. Komanda 2014-cü ildəkindən daha güclüdür və yaxşı nəticə qazana bilər. Həmin mundialın finalında almanlardan yaxşı oynamışdıq".