"Biz Almaniyada ikinci olmağa iddia edən komandaya bənzəmirdik"


İdman 01 Apr 2018 11:06:00 279 0

"Biz Almaniyada ikinci olmağa iddia edən komandaya bənzəmirdik"

Almaniya Bundesliqasının 28-ci turunda "Bayern Munchen"in qonağı olan "Borussia Dortmund" 6 cavabsız qolla uduzub. Goal.az xəbər verir ki, matçdan sonrakı açıqlamasında məğlub komandanın baş məşqçisi Peter Ştöqer yetirmələrinin fərdi səhvlərinə diqqəti çəkib.

"Xeyli səhvlərə yol verdik. Əsas keyfiyyətlərimizi göstərə bilmədik. "Bavariya" zəifliyimizdən yararlandı. Rəqibə, demək olar ki, müqavimət göstərə biımədik. Sanki onları fərdi şəkildə qapımıza qol vurmağa dəvət edirdik. Belə hədiyyələr etmək olmaz. Amma fərdi səhvlərə görə tənqid etməyə aludə olmuram. Problem oyuna yanaşmadadır. Biz Almaniyada ikinci olmağa iddia edən komandaya bənzəmirdik. Ola bilsin, bu nəticə xeyrimizədir və hər şeyə daha tənqidi yanaşacağıq".