"City"də Aquero problemi


İdman 31 Mar 2018 14:46:00 295 0

"City"də Aquero problemi

"Manchester City" İngiltərə çempionatının XXXII turu çərçivəsində "Everton"la keçiriləcək oyuna itki ilə çıxacaq.

Goal.az xəbər verir ki, "şəhərlilər" Serxio Aqueronun xidmətindən yararlana bilməyəcəklər. Buna səbəb 29 yaşlı hücumçunun zədəsini tam sağaltmamasıdı. Buna görə də, Aqueronun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Everton" - "Manchester City" matçı bu gün baş tutacaq.