"Juventus" "Milan"la oyuna itkilərlə çıxacaq


İdman 31 Mar 2018 14:23:00 304 0

"Juventus" "Milan"la oyuna itkilərlə çıxacaq

İtaliya çempionatının XXX turu çərçivəsində "Milan"la qarşılaşacaq "Juventus" oyuna itkilərlə çıxacaq.

Goal.az xəbər verir ki, turinlilərin 3 futbolçusu bu görüşdə iştirak etməyəcək.

Xorvatiyalı hücumçu Mario Mandzukiç də bu siyahıya daxildi. Təcrübəli forvard məşqdə zədələnib. Bu səbəbdən onun adı "rossonyerlər"lə matçın iştirak ərizəsinə daxil edilməyib.

Bundan başqa, zədəsi olan Federiko Bernardeski və Braziliya yığmasında sıradan çıxan Aleks Sandro da "Milan"la oyunu buraxmalı olacaq.