Serb futbolçuya 90 milyon avro qiymət qoyuldu


İdman 31 Mar 2018 12:20:00 273 0

Serb futbolçuya 90 milyon avro qiymət qoyuldu

İtaliya A Seriyasında mübarizə aparan "Lazio"nun idman direktoru İli Tare komandanın futbolçusu Sergey Milinkoviç-Saviçin transfer qiymətini açıqlayıb.

Goal.az xəbər verir ki, klub rəsmisi adı "Real" və "Manchester United" kimi nəhəng komandalarla hallanan yarımmüdafiəçi üçün ən azı 90 milyon avro tələb etdiklərini söyləyib:

"Saviçin dəyəri haqda çox düşünmək istəmirəm. Məncə, ən azı 90 milyon avro dəyərindədir. Bizim üçün vacib futbolçudur və hələ o pik səviyyəyə çatmayıb. Ötən mövsüm də təklif almışdıq, ancaq dəyərləndirmədik. İndi də maraqlanan komandalar var. "Real" bizə müraciət etməyib".

Qeyd edək ki, Serbiya millisinin üzvü olan 23 yaşlı futbolçu 2015-ci ildən "Lazio"da çıxış edir.