Bakıda əsən güclü külək təxirə salmalara səbəb oldu


İdman 30 Mar 2018 18:23:00 233 0

Bakıda əsən güclü külək təxirə salmalara səbəb oldu

Güclü külək Azərbaycanda bəzi idman növləri üzrə çempionatların oyunlarının təxirə salınmasına səbəb olub.

Goal.az xəbər verir ki, qadın voleybolçular arasında Azərbaycan Super Liqasında keçirilməli olan 9-cu turun görüşləri təxirə salınıb.

Bundan başqa, hava şəraitinin pisləşməsi Azərbaycan Velosiped İdmanı Federasiyasının keçirəcəyi yarışa da təsirsiz ötüşməyib. Federasiyanın təqvim planı əsasında martın 30-31-də Qala qəsəbəsi və Velopark ərazisində keçirilməli olan kriterium üzrə Bakı çempionatının 1-ci turu təxirə salınıb. Bu yarış aprel ayının 6-7-də keçiriləcək.