"Manchester United" Çilili futbolçu ilə maraqlanır


İdman 28 Mar 2018 17:50:00 284 0

"Manchester United" Çilili futbolçu ilə maraqlanır

Yeni mövsümə iddialı bir şəkildə gəlmək istəyən "Manchester United"in daha bir transfer hədəfi bəlli olub.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo heyətdə "Bayern Munich"nın yarımmüdafiəçisi Arturo Vidalı görmək istəyir. Çili mətbuatında yer alan məlumata görə, Mançester təmsilçisi bu keçid üçün 48 milyon avroluq təklif göndərməyə hazırlaşır. Vidala isə 4 illik müqavilə və illik 14,4 milyon avroluq maaş təklif ediləcək.

Qeyd edək ki, Çili millisinin üzvü 2015-ci ildə 37,5 milyon avro qarşılığında "Juventus"dan "Bayern Munich"ya keçmişdi. 30 yaşlı futbolçu cari mövsüm 34 oyuna 6 qol vurub və 2 assist edib.