Sterlinq: "Düşünürdüm ki, Qvardiola məni öldürəcək"


İdman 27 Mar 2018 18:12:00 229 0

Sterlinq: "Düşünürdüm ki, Qvardiola məni öldürəcək"

"Manchester City"nin yarımmüdafiəçisi Rahim Sterlinq baş məşqçi Xosep Qvardiola ilə münasibətindən danışıb. Goal.az xəbər verir ki, ingilis havbek bunları deyib:

"Pep oyunçulardan narazı olanda həmişə deyir. "Crystal Palace"ə qarşı oyunda topu 3 dəfə itirdim. Həmin an düşünürdüm ki, mövsümün sonuna qədər oynamayacam. Çünki paltardəyişmə otağında məni öldürəcək. Belə məşqçilər səndən ən yaxşı şeyləri ala bilir. Həm də çatışmazlıqlar haqqında səni məlumatlandırır.

Daha öncə cinahda driqlinq edəndə topu ayağımın çölü ilə saxlayırdım. Amma bu topun sürətini azldır. Qvardiola mənə topla rəftarın əsaslarını xatırlatdı".