Türkiyənin oyununu azərbaycanlı hakimlər idarə edəcək


İdman 26 Mar 2018 10:29:00 241 0

Türkiyənin oyununu azərbaycanlı hakimlər idarə edəcək

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda baş tutacaq Türkiyə - Malta oyunu azərbaycanlı hakimlər briqadasına həvalə edilib.

Goal.az xəbər verir ki, matçın baş hakimi Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. 

Oyun martın 27-də keçiriləcək.