Güləşçilərimiz beynəlxalq turnirdən 4 medalla dönür


İdman 26 Mar 2018 09:42:00 291 0

Güləşçilərimiz beynəlxalq turnirdən 4 medalla dönür

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilib.

Goal.az məlumatına görə, Azərbaycan təmsilçiləri turniri 2 qızıl və 2 bürünc medalla başa vurub.

İlk yarış günündə yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçi Elis Manolova (65 kq) bürünc medal qazanıb. Bu gün isə qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl, yunan-Roma güləşçisi Elman Muxtarov (67 kq) bürünc medala sahib olub.