Klub sahibi narkotik alverçisi imiş


İdman 25 Mar 2018 14:00:00 258 0

Klub sahibi narkotik alverçisi imiş

Yunanıstan futbolunda qalmaqallar bitmək bilmir. 

Goal.az-ın məlumatına görə, PAOK-dan sonra "Olympiacos"un da başı dərddədir.

Məsələ burasındadır ki, "Olympiacos"un sahibi Evangelos Marinakis narkotik alverçisi olmaqda günahlandırılır. İngiltərənin "Nottingham Forest" klubunun da sahibi olan Marinakisin 3 nəfərlə birlikdə bu işdə əli olduğu vurğulanıb. Narkotik maddə istehsalında və onların satışında təqsirkar bilinən "Olympiacos"un sahibi istintaqa cəlb olunub. Məhkəmə qərarı açıqlayana qədər onun ölkəni tərk etməsi qadağandı.