Daha bir rus milyader "Milan"ı almaq fikrinə düşüb


İdman 23 Mar 2018 19:21:00 283 0

Daha bir rus milyader "Milan"ı almaq fikrinə düşüb

Rusiyalı milyader Dmitri Rıbolovyev "Milan"ın səhmlərinə yiyələnmək variantını nəzərdən keçirir. Goal.az xəbər verir ki, sərvəti 9.1 milyad avro olan Rıbolovyev 2011-ci ildə "Monaco"nu almışdı. "Moneqasklar" onun dövründə ikinci Liqadan Fransa çempionluğuna qədər yol keçmişdi. Rus iş adamı "Monaco"dakı səhmlərini 500 milyon avroya satmaq və bu vəsaiti "Milan"a yatırmaq barədə düşünür. "Rossoneri" digər rusiyalı milyarder Alişer Usmanovun da diqqət mərkəzindədir.