Yol üstündə olan İbrahimoviç cəzalandırıla bilər


İdman 22 Mar 2018 19:21:00 357 0

Yol üstündə olan İbrahimoviç cəzalandırıla bilər

"Manchester United"in hücumçusu Zlatan İbrahimoviç karyerasını MLS-də davam etdirməyə çox yaxındır. Goal.az "ESPN"a istinadən xəbər verir ki, onun klubla müqaviləsinin başa çatmasına 4 ay qalsa da, baş məşqçi Joze Mourinyo isveçli ulduza düşərgəni tərk etməyə icazə verib. Bəzi mənbələr təcrübəli forvardın bu mövsüm bir daha "United" forması ilə meydana çıxmayacağını qeyd edir. "LA Galaxy" İbrahimoviçə iddia edən əsas klubdur. Transfer aprelə qədər reallaşa bilər.

Bu arada 35 yaşlı hücumçu İngiltərə Futbol Assosasiyası (FA) tərəfindən cəzalandırıla bilər. Buna səbəb onun bukmeker kontoru ilə əməkdaşlığa razılıq verməsidir. O, “BetHard” şirkətinin reklam kompaniyasında iştirak etmək niyyətindədir. Lakin İngiltərə Futbol Assosiasiyası futbolçuların bukmeker kontorları ilə əməkdaşlığa qadağa qoyduğu üçün Z.İbrahimoviç bu əməkdaşlıqdan imtina etməldir. Əks halda qurum tərəfində cəzalandırılacaq.