Maktominey: "Kiçik yaşlarımdan Şotlandiya formasını daşımaq istəmişəm"


İdman 21 Mar 2018 17:52:00 279 0

Maktominey: "Kiçik yaşlarımdan Şotlandiya formasını daşımaq istəmişəm"

"Manchester United"in yarımmüdafiəçisi Skot Maktominey Şotlandiya millisinin heyətinə dəvət almasına münasibət bildirib. Goal.az xəbər verir ki, gənc futbolçu bunları deyib:

"Aleks Maklişə minnətdaram ki, mənə milli komandaya dəvət göndərdi. Şübhəsiz, atam və ailəm mənimlə fəxr edir. Şotlandiya yığmasının bir hissəsi olmaq mənim üçün şərəfdir. Məşqçinin vaxt tapıb Mançesterə gəlməsi və mənimlə söhbətləşməsindən çox sevindim. Söhbətimiz olduqca asan alındı. Kiçik yaşlarımdan Şotlandiya formasını daşımaq istəmişəm. Bu arzumun reallaşması əla oldu".