Polşanın prezidenti dünya çempionatını boykot etdi


İdman 21 Mar 2018 11:13:00 320 0

Polşanın prezidenti dünya çempionatını boykot etdi

Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı ətrafında siyasi gərginlik davam edir. Goal.az xəbər verir ki, Britaniyanın boykot təklifinə bu dəfə Polşa qoşulub. Polşanın prezidenti Andjey Duda mundialın açılış mərasimində iştirak etməyəcəyini açıqlayıb. O, həmçinin Vladimir Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik etməyib. Dünya çempionatını boykot məsələsinə Britaniya və İslandiya hökumt məmurları qoşulub.

Qeyd edək ki, Polşanın 8-ci prezidenti Lex Kaçinski 2010-cu ildə Rusiyaya rəsmi səfəri zamanı Smolenskdə baş vermiş təyyarə qəzasında dünyasını dəyişmişdi.