İslandiya dünya çempionatını boykot etməyi müzakirəyə çıxarır


İdman 20 Mar 2018 14:19:00 275 0

İslandiya dünya çempionatını boykot etməyi müzakirəyə çıxarır

İslandiya hökuməti də, Britaniya kimi 2018-ci il dünya çempionatını boykot edə bilər.

Goal.az xəbər verir ki, ölkənin xarici işlər naziri Qudlauqur Tor Tordarson milli komandanın turnirə yollanacağını bildirib. Nazirin sözlərinə görə dövlət məmurlarının Rusiyaya yollanması məsələsi müzakirəyə çıxarılacaq. 

"Bu, unikal imkandır. Biz turnirdə iştirak edəcək ən kiçik ölkə olmaqla bərabər, həm də ən böyük sıçrayışa nail olmuşuq. İslandiyanı ən yaxşı tərəfdən təmsil etmək üçün bu şansdan yararlanmaq lazımdır. Skripalın zəhərlənməsi və boykot? Əlbəttə, bunu müzakirə edirik. Bu məsələ təkcə Britaniyaya aid deyil. Mövqeyimizi ortaya qoymalıyıq. Hələlik qərar qəbul etməmişik" - Tordarson qeyd edib.