Messi: "Rusiyada çempion olmasaq, bu nəsil bir daha belə şans qazanmayacaq"


İdman 19 Mar 2018 12:05:00 296 0

Messi: "Rusiyada çempion olmasaq, bu nəsil bir daha belə şans qazanmayacaq"

"Barcelona"nın hücumçusu Lionel Messi qarşıdakı dünya çempionatını Argentina millisinin hazırki nəsli üçün son imkan hesab edir. Goal.az xəbər verir ki, 30 yaşlı futbol ulduzu bunları deyib:

"Məğlub olduğum finallarda çox ağlamışam. Çünki bütün ölkə qələbə gözləyirdi, bu oyunlar çox əhəmiyyətli idi. Həmin 3 final matçı mənə ağır zərbə idi. Bu təcrübə bizə kömək etməli idi, amma belə olmadı. Rusiyada çempion olmasaq, bu nəsil bir daha belə şans qazanmayacaq. Finalda oynamağı, qalib gəlməyi, kuboku başım üzərinə qaldırmağı təsəvvür edirəm. Həmişə bunu arzulamışam və hər dünya çempionatında bu istək daha da güclənir".