La Liqa klubunda istefa


İdman 19 Mar 2018 10:49:00 245 0

La Liqa klubunda istefa

İspaniya çempionatında daha bir komanda məşqçini istefaya göndərib.

Goal.az xəbər verir ki, “Real Sociedad” Eysebio Sakristanla yolları ayırıb. Baş məşqçi ilə bərabər idman direktoru Loren Xuarros da qovulub.

Bu şəxslərlə komandanın qeyri-qənaətbəxş nəticələrinə və uğursuz transferlərə görə əməkdaşlığa son qoyulub. “Real Sociedad” 29 turdan sonra 15-ci pillədə qərarlaşıb.