Mərakeş mundial üçün 15.8 milyard dollar xərcləməyə hazırdır


İdman 18 Mar 2018 17:51:00 287 0

Mərakeş mundial üçün 15.8 milyard dollar xərcləməyə hazırdır

Qeyd etdiyimiz kimi, Mərakeş 2026-cı il dünya çempionatına ev sahibliyi etmək arzusundadır. Martın 17-də Kasablanka şəhərində bununla bağlı konfrans keçirilib. Goal.az xəbər verir ki, Mərakeş mundialın təşkilatçılıq hüququna sahib çıxacağı təqdirdə 15.8 milyard dollar xərcləməyə hazır olduğunu bildirib. Bunu ölkənin Sənaye, Ticarət və Sərmayə naziri Mevlay Hafiz əl-Aləmi deyib. Dünya çempionatı üçün təşviqat komitəsinin sədri olan Əl-Aləmi bəzi idman infrastrukturunun yenidən qurulacağına söz verib. Onun sözlərinə görə oyunları keçirməyi planlaşdırdıqları 14 stadionun 6-sı tamamilə FİFA standartlarına uyğundur.

Mərakeş 1994, 1998, 2006 və 2010-cu ildə də dünya çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürmüşdü. 2026 mundialının ev sahibinin adı iyunun 13-ü Moskvada keçiriləcək səsvermədə müəyyənləşəcək.