"Sunderland"in futbolçusu polis tərəfindən saxlanılıb


İdman 18 Mar 2018 17:10:00 276 0

"Sunderland"in futbolçusu polis tərəfindən saxlanılıb

Bu mövsüm İngiltərənin Championship divizionunda mübarizə aparan "Sunderland"in yarımmüdafiəçisi Darron Qibson özü başına iş açıb. Goal.az "The Sun"a istinadən xəbər verir ki, 30 yaşlı havbek martın 17-də avtomobili ilə qəza törətdiyinə görə polis tərəfindən saxlanılıb. Qibson nəqliyyat vasitəsi ilə evinin yaxınlığında park olunmuş bir neçə avtomobilə ziyan vurub. Onun sərxoş olduğu müəyyənləşib. Darron "Sunderland"ə ötən qış transfer olunmuşdu.