Məhəmməd Salah: "Heç bir rəqibdən qorxmuruq"


İdman 18 Mar 2018 16:50:00 260 0

Məhəmməd Salah: "Heç bir rəqibdən qorxmuruq"

"Liverpool"un yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatmasını dəyərləndirib. Goal.az xəbər verir ki, misirli futbolçu turnirdə titula iddialı olduqlarını qeyd edib.

"Məncə, bu mövsüm Premyer Liqada "Manchester City" həmişə rəqiblərindən üstün oynamayıb. Baxmayaraq ki, çoxları belə deyir. Məsələn, onlar bizə uduzmuşdu. Çempionlar Liqasında çıxış həmişə püşkatmadan asılıdır. Amma heç bir rəqibdən qorxmuruq. Biz artıq 1/4 finaldayıq. digər 7 komanda kimi "Liverpool"un da titulu qazanmaq şansları var".

Tərəflər arasında ilk oyun aprelin 4-ü "Anfield"də, cavab qarşılaşması isə 6 gün sonra "Etihad"da baş tutacaq.