UEFA "Athletic" - "Marseille" matçından sonrakı hadisələrə intizam işi açıb


İdman 18 Mar 2018 16:33:00 285 0

UEFA "Athletic" - "Marseille" matçından sonrakı hadisələrə intizam işi açıb

Avropa Liqasında mübarizəni dayandıran "Athletic"ə növbəti zərbə UEFA-dan gələ bilər. Goal.az xəbər verir ki, qurum 1/8 finalın "San Mamaes"də keçirilən cavab oyununda təhlükəsizliyin lazımınca təşkil edilməməsi ilə bağlı araşdırmaya başlayıb. "Marseille"in başı də azarkeşlərinin davranışına görə dərddədir. Fransız fanatlar final fitindən sonra stadionun işçilərinə hücum etmişdi. Bu, "Marseille" azarkeşlərinin birinci intizamsızlığı deyil. Komanda 1/4 finalda "Leipzig"ə qarşı ev oyununu boş tribunalar önündə keçirə bilər. "Athletic" isə meydana pirotexniki vasitələrin gətirilməsinə qarşı tədbir görmədiyi üçün cəza alacaq.