"Schalke"nin gizli qəhrəmanı - Ralf Fermann


İdman 18 Mar 2018 16:11:00 286 0

"Schalke"nin gizli qəhrəmanı - Ralf Fermann

Almaniya Bundesliqasında ikinci pillənin sahibi "Schalke"də gizli qəhrəmanlardan biri qapıçı Ralf Fermanndır. 30 yaşlı qolkiper özünəməxsus statistikası ilə seçilir. Goal.az xəbər verir ki, Fermann 2014/15 mövsümündən başlayaraq ardıcıl 103 Bundesliqa matçına start heyətində çıxıb. O, göstərilən müddətdə bunu bacaran Gerzenkirxen klubunun yeganə üzvüdür.

Təcrübəli qapıçı son 4 oyunda qapısını toxunulmaz saxlamaqla da fərqənir. Son dəfə "Schalke" 2009/10 mövsümündə ardıcıl 4 oyunda qol buraxmamışdı. Komanda qapısında son qolu fevralın 17-də "Hoffenheim"la matçda (2:1) görmüşdü.