Romelu Lukaku: "Heyətimiz gücləndirilməlidir"


İdman 18 Mar 2018 15:48:00 260 0

Romelu Lukaku: "Heyətimiz gücləndirilməlidir"

"Manchester United"in hücumçusu Romelu Lukaku İngiltərə Kubokuna "Brighton" üzərində qazanılan qələbədən (2:0) sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, belçikalı forvard "manikunianlar"ın növbəti mövsüm titullar qazanmaq üçün yeni transferlərə ehtiyacı olduğunu bildirib.

"Manchester United hər il artırmalıdır. Bir çox yaxşı futbolçuların növbəti mövsüm komandaya gələcəyini bilirəm. Bunu gözləyirəm, çünki heyət gücləndirilməlidir. Məşqçi də növbəti mövsüm titullar qazanmaq istəyir. Mümkün qədər çox mükafat qazanmağa çalışmalı olacağıq. Düşünmürəm ki, böyük turnirlərdə mübarizə aparmaq üçün zəifik. "Sevilla" ilə oyundan sonra pis oynadığımızı bilirdik. Buna görə tənqidləri qəbul edirik.

Aleksis Sançez? Belə gərgin işləməyə davam etsə, bizə fayda verəcək. O, səviyyəli futbolçudur. Mənim keçdiyim yola baxın. "United"də çıxışıma yaxşı başladım. Noyabr və dekabrda qeyri-məhsuldar oynadım. Amma sonda gərgin işin sayəsində bunu geridə qoymaq mümkündür".