Ançelotti: "Barcelona", "Real" və "Manchester City" Çempionlar Liqasının favoritidir"


İdman 18 Mar 2018 13:32:00 259 0

Ançelotti: "Barcelona", "Real" və "Manchester City" Çempionlar Liqasının favoritidir"

Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında baş tutacaq İtaliya - İspaniya qarşıdurmasına münasibət bildirib. Bu mərhələdə "Juventus" Madrid "Real"ı, "Roma" isə turnirin digər favoriti "Barcelona"ya rəqib olub. Goal.az xəbər verir ki, Ançelotti hər iki italyan klubunun yarımfinala çıxmaq şanslarının olduğunu qeyd edib.

"Bizim klublara çətin rəqiblərin düşməsi şübhəsizdir. "Real" və "Barcelona", "Manchester City" ilə bərabər Çempionlar Liqasının əsas favoritidir. "Real"ın səfərdə PSG ilə matçını izlədim. Madrid klubu La Liqada 3-cü olsa da, onlar ardıcıl 7 dəfə Çempionlar Liqasının yarımfinalına çxıb. Onu da deməliyəm ki, "Juventus" ötən il Kardifdə keçirilən finalda 1:4 uduzan həmin komanda deyil. "Qoca senyora" indi daha güclü və bacarıqlarından xəbərdardır. Alleqri nə etməli olduğunu bilir. Komandanın "Wembley"də "Tottenham"ə qalib gəldiyi oyunda məşqçi mükəmməl performans təşkil etmişdi. Həmin oyun taktika və strategiya əsəri idi. Düzdür, "Juventus" dekabrdan bəri A Seriyasında top buraxmır. Amma Turin klubu Çempionlar Liqasının hazırki qalibini mübarizədən kənarlaşdırmaqda müdafiə futboluna güvənə bilməz. Bu, kifayət olmayacaq. "Real" həmişə qol axtarışındadır. Lakin Hiquain və Dibala ilə "Juventus" da hücumda təhlükəlidir. Mümkünsüz heç nə yoxdur. Unutmayaq ki, Alleqri və yetirmələri revanş həvəsindədir.

"Roma" "Chelsea" və "Atletico"nun olduğu "ölüm qrupu"ndan 1/4 finala qədər gəlməklə ondan gözlənilənin artığını etdi. Onlar bir çox proqnozları yanlış çıxardı. "Barcelona"nı məğlub etmək üçün onlara uyğunlaşmaq lazım deyil. Katalon klubu bu mövsm turnirdə cəmi 2 qol buraxıb. "Roma"da Edin Dzeko, Naynqqolan və Kostas Manolas yaxşı formadadır. Alison Beker inanılmaz çıxış edir. Bir şeyə əminəm ki, "Roma" sona qədər vuruşacaq. "Olimpico" publikası öz bildiyi yolla komandanı irəli dartacaq".