"Səbail”in futbolçusu Moldova yığmasına çağırıldı


İdman 17 Mar 2018 11:12:00 280 0

"Səbail”in futbolçusu Moldova yığmasına çağırıldı

"Səbail” komandasının futbolçusu Yevgeni Koçuk Moldova yığmasına çağırılıb. 

Goal.az-ın klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, baş məşqçi Aleksandr Spridon 25 yaşlı hücumçuya dəvət göndərib. Moldova yığması martın 27-də Fransanın paytaxtı Parisdə Kot-Divuar millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, "Zirə" klubunun hücumçusu Aleksandr Dedov da Moldova yığmasına çağırılıb.