Böyükağa Hacıyev dəfn olundu


İdman 16 Mar 2018 20:42:00 342 0

Böyükağa Hacıyev dəfn olundu

“Neftçi”nin sabiq baş məşqçisi, Azərbaycan futbol tarixinə adını əbədi yazdırmış Böyükağa Hacıyev son mənzilə yola salınıb. Goal.az xəbər verir ki, Keşlə qəsəbəsində yerləşən qəbirstanlıqdakı dəfn mərasimində “Neftçi” PFK-nın rəhbərliyi, klubun məşqçi, futbolçu və inzibati heyəti iştirak ediblər. Böyükağa Hacıyevlə vidalaşmağa gələnlər arasında AFFA rəhbərliyi, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları da olublar. Allah rəhmət eləsin!