"Manchester United" argentinalı müdafiəçi ilə müqaviləni yeniləyib


İdman 16 Mar 2018 19:16:00 290 0

"Manchester United" argentinalı müdafiəçi ilə müqaviləni yeniləyib

"Manchester United" Markos Roxo ilə yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, argentinalı futbolçunun yeni anlaşması 2021-ci ilə kimi qüvvədə olacaq. Bu müddəti daha 12 ay uzatmaq mümkündür. Roxo 2014-cü ildə "Sporting"dən "United"ə transfer olunub.

"Son mövsümlər ərzində Markos müntəzəm olaraq inkişaf edir və peşəkarlıq nümayiş etdirir. Zədələr onu bir neçə həftə oynamamağa məcbur etdi. Roxonun yeni müqavilə imzalamasından şadam" - komandanın baş məşqçisi Joze Mourinyo deyib.