Totti: "Barcelona" "Roma"nı keçmək üçün tərləməli olacaq"


İdman 16 Mar 2018 16:44:00 253 0

Totti: "Barcelona"  "Roma"nı keçmək üçün tərləməli olacaq"

"Roma" Çempionlar Liqasının 1/4 final mərhələsində "Barcelona" ilə qarşılaşacaq. Goal.az xəbər verir ki, "canavarlar"ın canlı əfsanəsi Françesko Totti püşk barədə fikirlərini bölüşüb.

"Barcelona" Avropada ən güclü komandalardan biridir. Amma onların öhdəsindən gəlmək olar. Əmin olun ki, "Roma" ilə oyun öncəsi onlar arxayınlaşmayacaq. Hər kəs "Barca"nın mərhələ keçəcəyini gözləyir. Lakin onların rəqibi Roma təmsilçisidir. Belə oyunlarda hər şey baş verə bilər. Şübhəsiz, katalonlar "Roma"nı keçmək üçün tərləməli olacaqlar".