Rusiya millisinin üzvü vətənində keçiriləcək mundialda oynamayacaq


İdman 16 Mar 2018 15:30:00 273 0

Rusiya millisinin üzvü vətənində keçiriləcək mundialda oynamayacaq

"Zenit"in hücumçusu Aleksandr Kokorin vətənində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. Goal.az xəbər verir ki, Avropa Liqasının 1/8 finalında "Leipzig"ə qarşı matçda onun diz bağları qırılıb. Yaxın vaxtlarda Romaya yollanacaq forvard müalicəsini orda davam etdirəcək. Bərpa müddəti açıqlnmasa da, analoji zədələrin sağalması minimum 6 ay vaxt alır. Beləliklə, Kokorinin mövsümü erkən başa vurması dəqiqdir. Onun Rusiya millisi ilə mundialda oynaması da gözlənilmir.