Fransalı fanatlar İspaniyada iğtişaş törətdi


İdman 16 Mar 2018 12:43:00 289 0

Fransalı fanatlar İspaniyada iğtişaş törətdi

Futbol üzrə Avropa Liqasının 1/8 finalının "Atletico" və "Marseille" komandaları arasında keçirilən cavab matçında insident baş verib. Bilbao şəhərinin "San-Mames" stadionunda baş tutan qarşılaşmada stüardlar fransalı futbol azarkeşlərinin hücumuna məruz qalıb.

Goal.az TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "El Correo" nəşri yazıb.

Stüardlardan biri boyun, digəri isə əl nahiyəsindən deşilmiş yara alıb. Həkimlərin bildirdiklərinə görə, onların aldıqları xəsarət həyatları üçün təhlükəli deyil.

Faktla bağlı azı 1 nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.