Konte: "Nəticənin ədalətli olduğunu düşünmürəm"


İdman 15 Mar 2018 16:05:00 287 0

Konte: "Nəticənin ədalətli olduğunu düşünmürəm"

"Chelsea" Çempionlar Liqasının 1/8 final mərhələsində "Barcelona"ya uduzaraq (0:3) mübarizəni dayandırıb. Goal.az xəbər verir ki, matçdan sonra "zadəganlar"ın baş məşqçisi Antonio Konte bunları deyib:

"Messi qeyri-adi futbolçudur, dünyanın ən yaxşısıdır. Ona kompliment etmək imkanından istifadə etmək lazımdır. Biz hər mövsüm 60 qol vuran bir futbolçudan danışırıq. Nəticənin ədalətli olduğunu düşünmürəm. Erkən qol buraxdıq, amma sonra üstünlüyü ələ aldıq. Qol vurmaq imkanları qazandıq. İki oyunda ümumilikdə 4 topumuz qapı dirəyinə tuş gəldi, çox qəribədir. Dürüst olub futbolçularımın apardığı mübarizənin haqqını verməliyəm. Onlarla fəxr edirəm. Birlikdə bu cür istəklə döyüşməyə davam etməliyik".